22 C
Baku
Tuesday, April 23, 2024

“Google” Hindistanda sadə tapşırıqlar edərək pul qazanmaq üçün yeni tətbiqini işə saldı

“Google” Hindistanda sadə tapşırıqlar edərək pul qazanmaq üçün “Task Mate” tətbiqini sınaqdan keçirir.

Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, tapşırıqları bütün dünya ölkələrindən vermək mümkündür. Onlar iki növdə olur: “oturaq” və “ayaqüstü”.

Sonuncularda icraçı müəyyən edilmiş yerə gedir və oranın şəklini çəkir, “Google” isə bu məlumatlardan “Xəritələr” tətbiqini təkmilləşdirmək üçün istifadə edir. Adətən bir şəkil üçün 0,25 dollar ödənilir.

Adından göründüyü kimi, “oturaq” tapşırıqlar yerində icra edilir, məsələn, hər hansı bir mağaza haqqında məlumatları yoxlamaq. Bu cür tapşırıqlara görə 0,50 dollar qazanmaq olur.

Qeyd edək ki, “Google”un sorğunu tamamladığınız üçün mükafat almağa imkan verən “Opinion Rewards” tətbiqi var. Bu tətbiq dünyanın 30 ölkəsi üçün əlçatandır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər