“Google” Hindistanın “Glance” və “Verse Innovation” startaplarına 10 milyard dollar investisiya qoymağı planlaşdırır.
Banker.az bu barədə xarici KİV-ə istunadən xəbər verir.
Qeyd edək ki, “Glance” startapı istifadəçilərinə fərdi xəbərlər, matç nəticələri və digər kontenti smartfonun kilidlənmiş ekranında izləməyə imkan verir. “Vese Innovation” isə “Dailyhunt” xəbər saytı və “TikTok”un rəqibi olan “Josh” tətbiqinə sahibdir.
“Glace” son raundda 145 milyon dollar, “Verse” isə 100 milyon dollar cəlb etmişdir. “Google”dan başqa investisiya raundunda həmçinin “Microsoft” və digər şirkətlər olub. Nəticədə, bu sərmayə Hindistanın ən gənc iki texnoloji startapını yaratmağa kömək edib.
“Google” üçün 500 milyondan çox aktiv İnternet istifadəçisi və 450 milyon smartfon sahibi olan Hindistan – aparıcı bazarlardan biridir. İyul ayında şirkət yaxın beş-yeddi ildə texnologiya və biznesin inkişafına Hindistana 10 milyard dollar investisiya qoymağı planlaşdırdığını bildirmişdir.