10 C
Baku
Thursday, December 12, 2024

Google HR-larının fikrincə CV-də etdiyimiz səhvlər

Google şirkətinin HR meneceri öz blogunda namizədlərin iş axtararkən öz CV-lərində yol verdikləri səhvlərdən bəhs etmişdir. Bu səhvləri düzəltmək isə çox asandır!

Beləliklə, CV-də yol verdiyimiz əsas səhvlər hansılardır:

Uzunluq:

Nailiyyətlərinizi 1 səhifəyə yerləşdirə bilmirsiniz? Bu pis haldır. Belə ki, 3-4 səhifəlik rezümeni demək olar ki, heç kəs sona qədər oxumayacaq. Dəqiq və qısa rezüme fikirlərinizi aydın olaraq ifadə etmək bacarığınızı və özünün haqqında yalnızca ən vacib məlumatları çatdırmaq istədiyinizi sübut edəcək.

Bu haqda düşünün: rezümenizin əsas məqsədi sizi müsahibəyə dəvət etmələrini təmin etməkdir. Bu sizə özünün haqqında danışmaq şansı vermələri üçün istifadə olunan alətdir. Buna görə də, müsahibəyə dəvət edildikdən sonra burada özünüz haqqında istədiyiniz qədər geniş danışa bilərsiniz. Rezümeni isə qısaltmaq məsləhətdir.

Formatlaşdırma:

Dizayner və yaxud rəssam olaraq işə düzəlmək niyyətində deyilsinizsə, rezümenizi sadə və oxunaqlı tərtib etməyə çalışın. Hazırladığınız rezümeni göndərmədən əvvəl şriftlərin, abzasların səliqəsinə qiddət yetirin. Həmçinin faylı PDF formatında da göndərə bilərsiniz.

Məxfi məlumatların açıqlanması:

Bir dəfə namizədin “Redmondda nəhəng IT şirkətinə konsultasiya vermişdim” yazısı qeyd edilən CV qəbul etdim. Belə rezümelər dərhal olaraq kənarlaşdırılır. Özünüzü yaxşı cəhətdən sübut etmək üçün məxfi məlumatların açıqlanması düzgün qarşılanmır.

Təqribən rezümelərin 5-10%-i məxfi məlumatları özündə əks etdirir. Heç bir işəgötürən şəxs belə məlumatların yayılmasının tərəfdarı deyildir. Buna görə də, işə dəvət edilməmək ehtimalınız yüksəkdir.

Yalan:

Rezümedə yalan məlumatlar qeyd etməyin heç kəsə faydası olmayacaqdır. Belə ki, burada qeyd etdiyiniz məlumatlar işəgötürən şəxs tərəfindən kiçik bir araşdırma ilə təkzib edilə bilər. Bundan əlavə, yalanınız ilk aylarda, hətta illərdə üzə çıxmaya bilər. Bəs bu yalan illər sonra rəhbərliyin vəzifənizi yüksəltmək istədiyi bir vaxtda ortaya çıxması halında nə edəcəksiniz. Bununla bütün karyeranızı məhv etmiş olacaqsınız.

Yuxarıda qeyd etdiyimiz səhvlər namizədlər tərəfindən ən çox yol verilən xətalardır. HR mütəxəssislər daim ən yaxşı namizədin axtarışındadırlar və rezümenizdə etdiyiniz bu səhvlərdən biri sizi seçilmək şansından məhrum edə bilər.

Son xəbərlər
Digər xəbərlər