“Google” son iki il ərzində qeyri-aktiv olan hesabları siləcək. Bu qərar istifadəçiləri spam, fişinq və digər təhlükəsizlik təhdidlərindən qorumağa yönəlib və 2023-cü ilin dekabr ayından qüvvəyə minir.
Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.
Qeyd olunur ki, hesabla yanaşı, istifadəçinin “Google Workspace”, “YouTube” və “Google Foto”da saxladığı məlumatlar da silinəcək. Hesabı silməmişdən əvvəl şirkət bir neçə ay ərzində bununla bağlı istifadəçiyə xəbərdarlıq edəcək.
Hesabınızı aktiv saxlamaq üçün axtarışdan istifadə etmək, e-poçt göndərmək, “Google Disk”dən istifadə etmək, “”YouTube videolarına baxmaq, “Google Play”dən proqramlar yükləmək və ya “Google” girişindən istifadə edərək üçüncü tərəf xidmətlərinə daxil olmaq kifayətdir.
Yeni siyasət biznes və ya məktəb hesablarına təsir etməyəcək. İlk növbədə yaradılmış və heç vaxt istifadə edilməmiş hesablar silinəcək.