Məlum oldğu kimi, ABŞ-ın yeni prezidenti Donald Trump ölkədə miqrasiya siyasətinin sərtləşdirilməsi haqqında yeni fərman qəbul edib.
Belə ki, fərmanda İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmaması qeyd edilib. Məlumata görə, bu siyahı artırıla bilər.
Əlbəttə ki, yeni fərman dünya ölkələri tərəfindən birmənalı qarşılanmır. Qeyd edilir ki, Trump immiqrasiya siyasətini sərtləşdirməkdə tələskənliyə yol verib.
Yeni fərman tanınmış İT şirkətlərinin də ciddi narazılığına səbəb olub.
Məlumdur ki, bu gün Apple, Google kimi nəhəng şirkətlərdə çox sayda xarici mütəxəssis çalışır.
Apple-ın ardınca Google da məsələ ilə bağlı yeni addım atıb.
Xarici mediaya istinadən məlumat verilir ki, ölkənin lider texnologiya şirkəti Google immiqrant təşkilatlarına 4 milyon dollar bağışlayacağını açıqlayaraq müzakirələrə fərqli bir istiqamətdən yanaşıb.