10 C
Baku
Friday, December 13, 2024

Google-ın rəhbəri Erik Şmitdən gələcək haqqında 7 fikir

Google-ın rəhbəri Erik Şmitdin bu ilin aprel ayında işıq üzü görəcək” The New Digital Age” adlı dərc olunmamış kitabı The Wall Street Journal qəzetinin jurnalistlərinin əlinə keçmişdir. Google Ideas-ın direktoru Cared Koen ilə birlikdə yazılmış kitabda təkcə internet-senzura və Çindəki kiber-casusluqdan deyil, həm də texnoloji gələcəyin inkişaf tendensiyalarından bəhs olunur. Banker.az saytı olaraq, bu qeydin tərcüməsi ilə tanış olmağı təklif edirik. 

Anonimlik

Bir sıra hökumətlər minlərlə anonim, ələkeçməz və “gizli insanların” olmasını riskli amil kimi qiymətləndirəcək. Hökumət şəbəkədəki cari hesabın kim tərəfindən açıldığı ilə maraqlanacaq və virtual dünya üzərində nəzarəti həyata keçirmək üçün dövlət səviyyəsində yoxlama tələb edəcək.

Axtarış sistemləri

Axtarış nəticələri zamanı onlayn profilin yoxlanışına məruz qalan informasiya daha relevant olacaq, nəinki yoxlanışdan keçməmiş informasiya. Nəticədə, əksər istifadəçilər yoxlanılmış informasiya əldə etmiş olacaq. Anonim qalmaq istəyi böyük əhəmiyyət kəsb etməyəcək.

Növbəti Avropa İttifaqı?

Şəxsiyyətə pərəstiş mövcud olan Belarus, Eritreya, Zimbabve və Şimali Koreya kimi avtoritar dövlətlər birlikdə senzura texnologiyası mübadiləsi və monitorinq keçirə biləcəkləri kiber-ittifaq yarada bilərlər.

Texnoloji şirkətlər

“Skin deep” istənilən texnoloji şirkətin vacib elementinə çevriləcək, çünki onlar informasiyanın təhlükəsizliyi və müdafiəsi ilə bağlı daima istifadəçilərin narazılığı ilə qarşılaşacaqlar. Şirkətlər eləcə də, daha çox hüquqşünas işə götürməli olacaq. Şirkətlərin istənilən texnoloji fəaliyyəti intellektual mülkiyyət, patent və təhlükəsizlik üzrə hüquqi proseslərə məruz qalacaq.

Texnoloji münaqişələr

Qeyd etmək lazımdır ki, biz dövlətlərin kiber-müharibəyə cəlb olunduğu dövrdə yaşayırıq. Bununla belə bizim bundan xəbərimiz yoxdur.

Jurnalistika

Onlayn platforma vasitəsilə geniş kütləvi informasiya şəbəkəsinə cəlb olunan insanların sayının artdığını nəzərə alsaq, onluğa daxil olan KİV daha az material dərc etməyə və informasiyanı dəqiqliklə yoxlamağa başlayacaq. Eyni zamanda “elita” yoxlanılmış mənbə informasiyalarına istinad edəcək.

Twitter

Twitter-in verdiyi analitikanın keyfiyyətini yalnız çap maşını arxasında oturub Şekspir olmaq iddiasına düşən meymunla müqayisə etmək olar.

Son xəbərlər
Digər xəbərlər