12 C
Baku
Wednesday, March 19, 2025

“Google” korporasiyası “Wiz” startapını $32 milyarda almaq üçün razılaşıb

“Google” korporasiyası kibertəhlükəsizlik üzrə ixtisaslaşan “Wiz” startapını 32 milyard dollara almaq üçün razılaşma əldə edib. Mütəxəssislər vurğulayırlar ki, bu, “Google”un ən böyük müqavilələrindən biridir.

Startap şirkətin bulud biznesinin bir hissəsi olacaq. “Google” müqaviləni 2026-cı ildə bağlamağı gözləyir. “Wiz” startapının satın alınması “Google”a inkişaf edən süni intellekt və kibertəhlükəsizlik təhdidləri dünyasında bulud infrastrukturunu daha yaxşı qorumağa imkan verəcək.

“Wiz” 2020-ci ildə yaradılıb. İnvestorlar və analitiklər startapın sürətli böyüməsini onun doğru zamanda öz yerini tapması ilə əlaqələndirirlər. Şirkət iddia edir ki, “Fortune 100″ün 40%-i onun xidmətlərindən istifadə edir, illik gəliri isə 350 milyon dollardır.

Bakı vaxtı ilə saat 19:30-da “NasdaqGS”də “Alphabet” səhmləri 3.4% ucuzlaşaraq 160.91 dollara olub.

Son xəbərlər
Digər xəbərlər