10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

“Google” “Logica” adlı yeni proqramlaşdırma dilini təqdim edib

“Google” korporasiyası tez-tez yeni layihələri ilə təəccübləndirir – gah “Fuchsia” əməliyyat sistemi, gah da yeni “Logica” proqramlaşdırma dili. İnkişafetdiricilərin sözlərinə görə, bu dil məlumatları idarə etmək və proqramları SQL dilinə çevirmək üçün nəzərdə tutulub. 

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“Logica” verilənlər bazarına sorğu yazmaq üçün məntiqi proqramlaşdırma sintaksisindən istifadə etməyi planlaşdıran inkişafetdiricilər üçün faydalı olacaq. Hal-hazırda SQL-kodunun “Google BigQuery” və ya “PostgreSQL” icrası üçün eksperimental dəstək mövcuddur. 

Əslində, “Logica” – “Yedalog” adlı başqa bir dilin inkişafının davamıdır. Bu dil həm də SQL-də mövcud olmayan abstraksiya səviyyəsini təmin etmək üçün hazırlanmışdır. “Logica”dakı sorğular məntiqi ifadələr toplusu şəklində proqramlaşdırıldığından dil məntiqi adlanır.

Dil müxtəlif modulları, idxal əməliyyatlarını və birbaşa “Jupyter Notebook”dan işləmək imkanını dəstəkləyir. Praktiki nümunə -2020-ci ildə ən çox xatırlanan şəxs və adların nümunəsinin formalaşdırılmasıdır. Ümumiyyətlə, verilənlər bazasına daxil olmaq üçün “Logica” proqramı aşağıdakı kimi olacaq:

image1

Dilin inkişafetdiriciləri SQL ilə işləyən hər kəsin həyatını asanlaşdırmaq üçün onu yaratmağa qərar verdiklərini söyləyirlər. Məsələ burasındadır ki, SQL sorğuları çox uzun ola bilər. Üstəlik, bu cür sorğuların məzmunu qavrayış üçün açıq deyil. 

Tipik təkrarlanan hesablamalar üçün təqdim edilən funksiyalarla işləmək imkanı var, lakin təəssüf ki, onlar idxal əməliyyatlarını dəstəkləmir və yüksək səviyyəli dillərdə olan rahatlığı təmin etmir. Sadə sözlə desək, burada funksiyanı funksiyaya ötürmək mümkün deyil. 

“Logica” isə başa düşülən və yenidən istifadə edilə bilən məntiqi bloklardan proqramlar qurmaq imkanını verir. Onlar test edilə və xüsusi adlarla əlaqələndirilə bilər. Sonra bu proqramlar qruplaşdırılır və istifadəyə verilir. 

İnkişafetdiricilər yeni proqramlaşdırma dilinin əsas funksiyaları və üstünlükləri ilə tanış olmaq istəyənlər üçün “tutorial” hazırlayıblar. 

Son xəbərlər
Oxşar xəbərlər