28 C
Baku
Saturday, July 13, 2024

“Google” məlumatları iPhone-dan Android-ə köçürmək üçün tətbiq yaradacaq

“Google” şirkəti məlumatları iPhone-dan Android-ə sürətlə köçürmək üçün tətbiq yaradacaq.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Verilən məlumata görə, iOS istifadəçiləri Wi-Fi bağlantısından istifadə edərək bütün məlumat və proqramları kopiyalaya biləcəklər. Mütəxəssislər qeyd edirlər ki, “Switch to Android” proqramı “App Store”da yaxın zamanda çıxacaq.

iOS tətbiqinin inkişafı “9to5google” portalında elan edilib. Nəşrin mütəxəssisləri proqramın yeni versiyasında bu funksiyanın Android-də “Məlumatların bərpası aləti”, iOS-da isə “Android-ə keçmək” adlanacağını söyləyirlər.

Proqramın iPhone tətbiqlərinin Android ekvivalentlərini yükləməyə kömək edəcəyi güman edilir. Qeyd edək ki, bu yalnız pulsuz proqram təminatına aiddir.

Hal-hazırda iOS sahibləri məlumatları ötürmək üçün “Google Disk”dən istifadə etməlidirlər, lakin bu zaman tətbiqləri köçürmək mümkün deyil.

Xatırladaq ki, may ayıda “Google” əməliyyat sistemini yeniləyib. Onun yeni versiyası payızda əlçatan olacaq.

Son xəbərlər
Digər xəbərlər