26 C
Baku
Saturday, July 27, 2024

“Google Maps” 15 illik yubileyini yeni loqo və əlavə funksiyalarla qeyd etdi

“Google” şirkətinin “Google Maps” kartoqrafik servisi 15 illik yubileyini yeni loqo və funksiyalarla qeyd edib. Xatırladaq ki, xidmət 2005-ci il 8 fevral tarixində işə salınıb.

Bir-biri ilə kəsişən küçələri xatırladan köhnə loqo, “Google” un rənglərinə boyanmış sancaqla əvəz edildi. Şirkət nümayəndələrinin sözlərinə görə, yenilənmiş loqo “Google Map” ın keçdiyi təkamül yolunu əks etdirir.

Yeni funksiyalara gəldikdə, “Google Map” a çatışmayan məlumatları bölüşmək imkanını yaradan Contribute (“Əlavə etmək”) və özündə yerli ekspertlərin tövsiyələrini əks etdirən Updates (“Xəbərlər”) bölmələri əlavə edildi. For you (“Sizin üçün”) bölməsinin Saved (“Yaddaşda saxlandı”) ilə əvəz edildi.

Xəritənin mobil tətbiqinə də müəyyən dəyişiklər edildi. “The Verge” nin verdiyi məlumata görə, bundan sonra istifadəçilər təkcə hərəkət trayektoriyası ilə deyil, eyni zamanda temperatur, obyektin əlil arabası ilə hərəkət edən insanlar üçün əlçatan olub-olmaması və s. kimi məlumatları bölüşə biləcəklər.

Live View (“Küçələrə baxış”) funksiyası sadələşdirildi və indi özündə yalnız vacib məlumatları əks etdirəcək: çatma məntəqəsinə qədər nə qədər və necə getməli.

Son xəbərlər
Digər xəbərlər