“Google Maps” Meksika körfəzinin adını ABŞ coğrafi adlar sistemində rəsmi olaraq yenilənmə baş verdikdən sonra Amerika körfəzi olaraq dəyişəcək. Dəyişikliyi ABŞ-dəki istifadəçilər görəcəklər, Meksikada ad dəyişməz qalacaq.
Bu, standart “Google” təcrübəsidir, məsələn, Yaponiya və Cənubi Koreya ilə həmsərhəd olan su hövzəsi Yaponiyada “Yapon dənizi”, Cənubi Koreyada isə “Şərq dənizi” adlanır.
ABŞ prezidenti Donald Tramp yanvarın 20-də vəzifəyə gəldikdən sonra ilk saatlarda görülən bir sıra inzibati tədbirlər çərçivəsində Meksika körfəzinin adının dəyişdirilməsinə göstəriş verib.
“Prezidentin göstərişi ilə Meksika körfəzi indi rəsmi olaraq Amerika körfəzi kimi tanınacaq”, – ABŞ Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.