10 C
Baku
Friday, December 13, 2024

Google marketinq şirkətlərini qiymətləndirən xidmət yaratdı

Banker.az xəbər verir ki, Google marketinq şirkətlərini və istifadəçilərin onlara qarşı reaksiyalarını təhlil etməyə kömək edən Google Attribution alətindən pulsuz istifadə imkanını təqdim etdi.

Google Attribution aləti istifadəçilərin tranzaksiya həyata keçirmək yolunu tamamilə izləmək üçün Google Analytics, AdWords və yaxud DoubleClick Search məlumatlarından istifadə edir. Hazırda Google xidmətin beta versiyasını sınaqdan keçirir və xidmətin tam təkmil funksiyası yaxın aylarda işə salınacaq.

Google Attribution özündə reklam kampaniyaları və marketinqə büdcənin bölünməsi üçün nəzərdə tutulmuş Attribution 360 alətinin daha sadələşdirilmiş versiyasıdır. Google məhsullarının idarə edilməsi üzrə baş direktor Babak Pahlavan həmçinin qeyd edib ki, indi Attribution 360 Google Analytics ilə birgə səlis işləyir.

 

Son xəbərlər
Digər xəbərlər