13 C
Baku
Saturday, November 23, 2024

“Google” may ayında “Pixel Watch” smart saatını təqdim edəcək

ABŞ-ın “Google” şirkəti “Pixel Watch” ticarət markasını qeydiyyatdan keçirib.

Müvafiq sənəd ABŞ Patent və Əmtəə Nişanları İdarəsinin saytında dərc edilib.

Adıçəkilən patent sənəfi İT nəhənginin yeni qadceti haqqında ilk rəsmi detallardır.

Məlumata görə, müraciət 19 apreldə daxil olub. Qeyri-rəsmi olaraq “Google” şirkəti xeyli vaxtdır ki, “ağıllı saat” üzərində çalışır.

“Pixel Watch”-un ekranı dairəvi formada olacaq və fitnes izləyicisi və sağlamlıq göstəriciləri də daxil olmaqla Fitbit xidmətləri ilə inteqrasiya olunacaq. Smert-saat səsli köməkçi “Google Assistant”la təchiz ediləcək və “Wear OS 3.1” əməliyyat sistemi bazasında çalışacaq.

“Pixel Watch”-un rəsmi debütü mayın birinci yarısında Google I/O konfransında baş tutacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər