17 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

“Google” “Netflix” və digərlərini onun ödəmə sistemindən istifadə etməyə və 30% komissiya ödəməyə məcbur edəcək

Screen Shot 2021 09 02 at 14.34.20

“Google” şirkəti Google Play mağazasının qaydalarını “dəqiqləşdirərək”, bütün inkişafetdiricilərə tətbiqdaxili ödəmələr üçün öz ödəniş sistemindən istifadə etməyə göstəriş verib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Qeyd edək ki, şirkətin ödəmə sistemi App Store-dakı olduğu kimi, 30% komissiya alır.

İnkişafetdiricilər 30 sentyabr 2021-ci ilədək ödəmə sistemini dəyişdirməlidirlər. Qeyd edək ki, inkişafetdiricilər daha əvvəl də “Google”un ödəmə sistemindən istifadə edə bilərdilər, lakin bu məcburi deyildi.

Şirkət bu qaydadan yayınan tətbiqlərin adını açıqlamır. Bununla bilikdə, “Google” inkişafetdiricilərin bu 97%-nin qaydalara əməl etdiyini bildirib.

Məsələn, “Netflix” və “Spotify” Android istifadəçilərinə tətbiqdaxili ödənişlər zamanı birbaşa kredit kartlarından istifadə etməyə icazə verirlər.

“Biz siyasətimizin bütün inkişafetdiricilər üçün ədalətli şəkildə tətbiq olunduğundan əmin olmaq istəyirik və buna görə də fikirlərimizi dəqiqləşdiririk”, – deyə şirkətin mesajında deyilir.

Bundan əlavə, “Google” Android 12 əməliyyat sistemi ilə işləyən cihazlarda tətbiq mağazalarının istifadəsini “sadələşdirməyi” vəd edib.

Göründüyü kimi, “Google”un irəli sürdüyü siyasət “Apple”ın tətbiq etdiyi qaydalara çox bənzəyir. Xatırladaq ki, bununla əlaqədar, Amerikanın bir çox texnologiya şirkəti “Apple”a qarşı koalisiya yaradaraq, App Store-da qaydaların ədalətli olmasını tələb ediblər.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər