17 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

“Google”, “Nokia” və “Qualcomm” Finlandiyanın “HMD Global” şirkətinə 230 mln. dollar sərmayə qoyublar

Screen Shot 2021 09 02 at 14.34.20

“Google”, “Nokia” və “Qualcomm” Finlandiyanın mobil cihaz istehsalçısı “HMD Global”a 230 milyon dollar sərmayə qoyublar. Qeyd edək ki, onların hər birinin investisiya həcmi və müqavilə şərtləri açıqlanmır.

Bildirildiyi kimi, HMD şirkəti “Nokia” markasına 2016-cı ildən sahibdir və günümüzə qədər bu brend altında təxminən 240 milyon cihaz istehsal edilib. 2019-cu ildə HMD şirkəti adi mobil telefonlar da daxil olmaqla 70 milyon cihaz satıb.

“TechCrunch” qeyd edir ki, bu maliyyə raundu investorların tərkibi baxımdan diqqətəlayiqdir. “Google” şirkətinin müqaviləyə marağı, əsasən HMD smartfonlarına Android əməliyyat sisteminin quraşdırılması ilə əlaqəlidir. Ümumilikdə, HMD şirkəti Braziliya, Hindistan və Afrikada inkişaf etməyi planlaşdırır. Eyni zamanda 5G şəbəkəsini dəstəkləyən smartfonların çeşidini genişləndirmək nəzərdə tutulur.

Bildiyimiz kimi, ABŞ hökuməti “Huawei” şirkətini qara siyahıya alandan sonra, “Qualcomm” biznesinin bir hissəsini itirmiş oldu. HDM-ə dəstək isə bu şirkəti amerikan hökumətinin Çin tərəfdaşlarına qarşı yönəltiyi hərəkətlərdən qoruyacaq.

“Nokia”ya gəldikdə, iki şirkət arasında həmişə yaxın münasibətlər olub. 2013-cü ildə “Microsoft” korporasiyası “Nokia”nı 7,2 milyard dollara alsa da, 2016-cı ildə brenddən istifadə hüquqularını HMD-yə satıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər