2 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

“Google” öz xidmətlərində “Internet Explorer” brauzerinin dəstəyini dayandırır

“Microsoft” korporasiyasının çoxdan “Edge” brauzerinə keçməsinə baxmayaraq, bəzi insanlar hələ də “Internet Exlporer” brauzerindən istifadə etməyə davam edirlər. “Google” şirkəti isə öz xidmətlərində sözügedən brauzerin dəstəyini dayandırır.

“Workspace” paketinə daxil olan xidmətlər 15 mart 2021-ci il tarixindən “Internet Explorer”i dəstəkləməyi dayandıracaq. Söhbət “Gmail”, “Google Docs”, “Google Sheets”, “Google Disk” və şirkətin başqa populyar proqramlarından gedir. İstifadəçilərə yuxarıda göstərilən tarixədək dəstəklənən brauzerə keçmək tövsiyə edilir.

Əgər istifadəçilər gələn il martın 15-dən sonra “Internet Explorer” brauzerində “Google”un xidmətlərindən istifadəyə davam etsələr, şirkət həmin xidmətlərin işində baş verə biləcək mümkün nasazlıqları, məhsuldarlığın azaldılmasını və təhlükəsizlik problemlərini istisna etmir.

Mənbə:İctnews
Son xəbərlər
Oxşar xəbərlər