24 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

“Google” özünün istehsal etdiyi prosessorlu yeni “Pixel” smartfonlarını təqdim edib

Screen Shot 2021 09 02 at 14.34.20

“Google” özü istehsal etdiyi prosessorlu yeni “Pixel 6” və “Pixel 6 Pro” smartfonlarını təqdim edib. Bu barədə şirkətin bazar ertəsi günü “Twitter”də yayımladığı mesajda deyilir.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, yeni smartfonlar bu payız satışa çıxarılacaq. “Google”un baş direktoru Sundar Piçarın sözlərinə görə, yeni “Tensor” prosessoru şirkətin kompüterlərlə 20 illik təcrübəsinə əsaslanır və hal-hazırda “Pixel”in ən böyük nailiyyəti sayılır.

“Pixel 6 Pro” bir az əyilmiş 6.7 düymlük ekran, üç kamera və optik “zoom”, “Pixel 6” modeli isə 6.4 düymlük düz ekran və yüksək keyfiyyətli kamera ilə təchiz edilib. Yuxarıda qeyd edildiyi kimi, hər iki smartfon “Tensor” çipi üzərində işləyəcək.

indir 61

Xatırladaq ki, 2020-ci ilin iyununda “Apple” “Intel” prosessorlarından imtina edərək, cihazlarına özü istehsal etdiyi çipləri quraşdırmağa başlayıb. “CNBC”in vurğuladığı kimi, “Google” da “Arm” arxitekturasından istifadə edir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər