“Google” pandemiyaya görə ofisləri transformasiya etməyə qərar verdi – Foto

“Google” korporasiyası postkoronavirus dövrünə hazırlaşmaq və evdən işləməyə vərdiş etmiş işçilərin istəklərini nəzərə almaq üçün ofisləri dəyişdirməyə qərar verib.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə şirkət “The New York Times” qəzetinə məlumat verib.

Növbəti ildə və ya daha uzun müddətdə “Google” ofislərinin təxminən 10%-də yeni dizaynı sınaqdan keçirəcək. Korporasiya “Z” nəslini tədqiq edən sosioloqlar arasında sorğu aparıb və indiki dövrdə işçinin tələbləri barədə soruşub. Mütəxəssislər cavab olaraq şirkətə ofislərini “IKEA və Lego qarışığı” üslubunda etməyi tövsiyə edib.

Beləliklə, “Google” masa sıraları əvəzinə “komanda kapsulları” (“Team Pods”) hazırlamağı planlaşdırır. Onların içində masaların, stulların və lövhələrin yerini dəyişdirmək mümkün olacaq. İşçilərin bir qismi evdən işləməyə davam edəcək, bu səbəbdən korporasiya iclaslar üçün yeni “Ocaq” (“Campfire”) adlı otaqlar yaradacaq. Burada həm adi işçilər, həm də distant işləyənlər də toplanacaq.

Bundan əlavə, “Google” hərəkət edə və daşına bilən divarlar üzərində işləyir. Əgər bir işçinin təkliyə ehtiyacı olsa, robot onun üçün bu sellofan divarı şişirdəcək. Daimi iş yerinə üstünlük verən işçilər üçün işçinin tələblərinə uyğunlaşan xüsusi masalar hazırlanacaq. Bu masanın hündürlüyünü, monitorun əyilmə bucağını, o cümlədən ətrafdakı havanın temperaturunu dəyişdirmək mümkün olacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.