12 C
Baku
Wednesday, December 11, 2024

“Google Pay™” artıq Expressbank mobil tətbiqində aktiv oldu!

®Mütəmadi olaraq baş verən innovativ həllər və texnoloji yeniliklər bir çox sahələrə öz təsirini göstərmişdir. Həmçinin, maliyyə sistemində də gündəmə gələn ən müasir texnoloji yenilikləri xüsusilə qeyd edə bilərik. Xidmət və məhsullarına müasir həlləri və yenilikləri tətbiq edərək hər keçən gün daha da inkişaf edən Expressbank, müştəriləri üçün daha bir xidmət yeniliyini təqdim edir. Artıq “Android” mobil cihazlarında “Express24” mobil tətbiqi üzərindən “Google Pay™” rəqəmsal ödəniş sistemi vasitəsilə rahat və təhlükəsiz şəkildə təmassız ödənişlərin qəbul olunduğu məntəqələrdə ödənişlər etmək mümkündür.  Belə ki, yeni funksiyanın qazandırdığı digər bir üstünlüyü də qeyd etmək istərdik:

Expressbank VISA Infiniti kart sahibləri “Google Pay™” vasitəsilə etdikləri POS terminal ödənişlərindən 6% “cashback”, digər Expressbank VISA kart istifadəçiləri isə 3% “cashback” qazanacaqlar. Kampaniya həm ölkədaxili, həm də ölkəxarici POS terminal ödənişləri üçün keçərlidir.

“Google Pay™”ə qoşulmaq üçün “Android” əməliyyat sistemini dəstəkləyən cihazlarda “Express24” mobil tətbiqinə daxil olaraq:

  •  “Google Pulqabı™” ya əlavə etmək istədiyiniz kartınızın üzərinə sıxırsınız;
  •  “Google Pay™-ə keçid et” daha sonra isə “Google Pay™-ə əlavə et” düyməsini basırsınız;
  •   Açılan növbəti pəncərələrdə şərtləri qəbul edib prosesi tamamlayırsınız.

Digər üsul isə:  

  • “Google Pulqabı™” tətbiqini yükləyirsiniz;
  • “Expressbank” VISA kartlarınızı “Google Pulqabı™”ya əlavə edirsiniz;
  •  Kart məlumatlarınızı daxil edirsiniz;
  •  Prosesləri addımlı şəkildə həyata keçirib, “Google Pay™”ə qoşulursunuz.

Burada “Google Pulqabı™”ya daxil etdiyiniz kart məlumatlarınızın məxfiliyi tam şəkildə qorunur.

“Google Pay™” ilə ödəniş etmək üçün isə:

  • Android mobil cihazınızda NFC funksiyasını aktiv edin;
  • Ödəməyə hazır olduğunuz zaman telefonunuzun kilidini açın;
  • Onu müvafiq olaraq terminallarda “GPay” işarə ilə qeyd olunan kart oxuyucusuna yaxınlaşdırın;
  • Ödəniş prosesini yekunlaşdırın.

Xüsusilə qeyd etmək istərdik ki, “Google Pay™”ə qoşulmaq üçün heç bir əlavə ödəniş və ya komissiya haqqı tələb olunmur.

“Express24” mobil tətbiqini yükləmək üçün bu linkə və “Google Pay™” haqqında digər məlumatlar üçün isə  bu linkə keçid edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər