“Google” korporasiyası “Google Pay” üzərində işləməyə davam edir və onu bütün rəqəmsal ödəniş ehtiyaclarını ödəyən tətbiqə çevirməyə çalışır.
Banker.az xəbər verir ki, məlumata görə, şirkət yaxın gələcəkdə “Google Pay”ın kriptovalyuta ödənişlərini dəstəkləyəcəyini açıqlayıb.
Bu məqsədə çatmaq üçün “Google” “PayPal”ın baş direktoru Arnold Qoldberqi işə götürüb. Bu onun “Google Pay” tətbiqi vasitəsilə daha geniş maliyyə xidmətləri təklif etmək strategiyasının bir hissəsidir.
Qeyd edək ki, hələki korporasiya axtarış , eləcə də digər onlayn xidmət bazarlarındakı hökmranlığına baxmayaraq, maliyyə dünyasını “silkələyə” bilməyib. Hazırda “Google Pay” Hindistan, Avropa və ABŞ-da populyardır. “Apple”ın bu sahədə daha böyük uğurlara nail olması gözləniləndir, çünki “Google” öz kredit kartlarını və ya digər maliyyə məhsullarını yaratmayıb.