19 C
Baku
Friday, October 4, 2024

“Google Play” əlavələrin yarısını siləcək

Bu gün “Google Play” onlayn mağazasında təxminən 2,6 milyon əlavə mövcuddur ki, onlardan bir qismi tezliklə silinəcək.

 “vladtime.ru” saytına istinadən  xəbərə görə, şirkət bu addıma istifadəçi məlumatlarını saxlamaq üçün gedir.

TechNews Azərbaycan“ı FB-dan izlə

“Google” artıq bəzi tərtibatçılara istifadəçilərin məlumatlarının qorunması siyasətindəki dəyişikliklər barədə məlumat verib. Dəyişikliklər martın ortasında baş verəcək. Əgər tərtibatçılar yeni qaydalara riayət etməsələr, onların layihələri bloklanacaq.

Şirkətin belə bir addımı öz istifadəçilərinin məlumatlarını saxlamağa istiqamətlənib. Onlar isə şəxsi məlumatlarını verib-verməmək məsələsində seçim etməlidir. “Google” serverlərində çoxdandır yenilənməyən proqramlar var, ancaq bununla belə, onlar istifadəçilər haqqında məlumatları yenə də toplayırlar.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər