18 C
Baku
Monday, September 16, 2024

Google+ rəhbəri vəzifəsini tərk edir

Vik Qundotranın Google+ – da işlədiyi vaxtda şirkət Facebook və Twitter ilə olan fərqləri daraltmış və onun sahib olduğu istifadəçilərin sayı 29 milyona çatmışdır. İndi isə Google şirkətinin sosial şəbəkə layihəsi olan Google+ -ın rəhbəri Vik Qundotra tutduğu vəzifəsini tərk edir. Qeyd edək ki, o artıq 8 il idi ki, bu vəzifəni icra edirdi.

Verilən məlumatlara görə top menecer fəaliyyət göstərdiyi dövrdə Facebook və Twitter kimi sosial şəbəkələrlə sağlam rəqabət aparırdı və bunun nəticəsi də olaraq onun istifadəçilərinin sayı 29 milyona çatmışdır. Bundan əlavə, Google şirkətinin Google+ şəbəkəsini maliyyələşdirməyə davam edəcəyi də bildirilir. Qundotra Google şirkətinə gəlməmişdən əvvəl 15 il ərzində Microsoft şirkətində fəaliyyət göstərib.

Son xəbərlər
Digər xəbərlər