“Google” rabitə keyfiyyətini artırmaq üçün ABŞ, İngiltərə və İspaniya arasında sualtı kabel çəkməyi planlaşdırır. Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir. Bildirildiyi kimi, bu kabelə Amerikanın proqramlaşdırma qabaqcıllarından birinin adı veriləcək – “Grace Hopper”.
Kabel Nyu-Yorkdan İngiltərənin Bude, oradan isə İspaniyanın Bilbao şəhərinə qədər okean suları boyunca uzanacaq. Onun Böyük Britaniyaya qədər uzunluğu 6,250 km, İspaniyaya qədər isə 6,300 km təşkil edir.
“İstismara verildikdən sonra, “Grace Hopper” 2003-cü ildən bəri ABŞ və İngiltərəni birləşdirən ilk kabellərdən biri olacaq və Google Meet, Gmail və Google Cloud-un işini təmin edəcək”, – deyə “Google Global Network”un vitse-prezidenti Bikaş Kouli qeyd edir.
Xatırladaq ki, daha əvvəl “Google” Nyu-Cersidəki “SubCom” sualtı kabellərinin provayderi ilə müqavilə imzalamışdır. Tikintinin 2022-ci ildə başa çatdırılması planlaşdırılır. Bildirildiyi kimi, “Grace Hopper” kabelinin şirkətə neçəyə başa gəldiyi açıqlanmır.