“Google” Rusiya Federasiya Şurasının “Youtube”dakı hesablarını bloklayıb

“Google” Rusiya Federasiya Şurasının “Youtube” videohostinqindəki hesablarını bloklayıb.

Bloklanan kanalların 200 mindən çox abunəçisi və 20 min videosu var.

“Federasiya Şurasının və “Vmeste-RF” telekanalının “Youtube” videohostinqindəki hesabları bloklanıb, bütün məlumatlar bərpası mümkün olmadan silinib”, – deyə Federasiya Şurasından bildirilib.

“Google”dan Federasiya Şurasının hesabının şirkətin ixrac məhdudiyyətləri və sanksiyalar siyasətinə uyğun olaraq bloklandığı bildirilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər