Amerikanın “Google” korporasiyası tədricən Rusiya şirkətlərinin layihələrini bağlayır. Belə bir qərar onların Rusiya bazarı üçün “Google” xidmətləri ilə Android smartfonları istehsal edə bilməyəcəyinə səbəb ola bilər.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“ABŞ-ın İxrac Qanunu Rusiyaya xidmətlərin göstərilməsini, habelə ABŞ mənşəli proqram və texnologiyanın Rusiyaya ixracını, təkrar ixracını və ya ötürülməsini qadağan edir”, – deyə “Google”un açıqlamasında deyilir.
Mənbənin sözlərinə görə, bəzi Rusiya şirkətləri üçün smartfonların lisenziyalaşdırılması artıq dayandırılıb: əgər bu səhv deyilsə, o zaman yaxın gələcəkdə “Google” bütün istehsalçılar üçün Rusiya bazarında Android smartfonlarının satışına qadağa qoyacaq.