28 C
Baku
Saturday, July 27, 2024

“Google” Rusiyanın ən böyük bankı “Sberbank”ın mobil tətbiqini “Play Store”dan silib

“Google” Rusiyanın ən böyük bankı “Sberbank”ın mobil tətbiqini “Play Store”dan silib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Şirkətdə vurğulandığı kimi, istifadəçilər üçün əvvəllər quraşdırılmış proqram heç bir məhdudiyyət olmadan işləməyə davam edəcək. Onu bankın rəsmi saytından da yükləmək olar.

Yeni istifadəçilər və ya “Sber” proqramı Android cihazlarında quraşdırmayan müştərilər onu linkdən yükləyə bilərlər.

Aprelin 12-si “Sber” bildirib ki, sanksiyalara görə iOS platformasındakı “Sberbank Online” mobil tətbiqi “App Store”da yükləmək və yeniləmək üçün əlçatmaz olub.

Son xəbərlər
Digər xəbərlər