10 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

“Google” şirkəti “ağıllı” debet kart buraxacaq

“Google” şirkəti  fiziki və onun virtual analoqu olmaqla, öz debet kartının hazırlanması üzərində işləyir.

Bu barədə “TechCrunch”ə şirkətdəki mənbə məlumat verib.

Bu kartdan həm onlayn, həm də oflayn satışlar zamanı istifadə etmək olacaq.

Mənbənin sözlərinə əsasən, kartı “Google Play” vasitəsilə idarə etmək olacaq. Bu, ötən il “Apple Card” buraxan “Apple” şirkəti ilə rəqabət aparmağa kömək edəcək.

“Google”ın “CITI” və “Stanford Federal Credit Union” bankları ilə əməkdaşlıq etdiyi bildirilir.

Kartın istifadəyə veriləcəyi tarix hələ açıqlanmır. 

Son xəbərlər
Oxşar xəbərlər