“Google” şirkəti, bu beş səhvə görə tərcümeyi-halları ləğv edir

0

“Google”-un əməkdaşı iş axtaranların öz rezümelərində yol verdikləri səhvlərdən və onları düzəltmək yollarından danışıb.

Mən öz karyerama görə yüzdən çox rezüme və demək olar ki, hər növ işə görə ərizə göndərmişəm.Şəxsən özüm 20 000-dən çox rezümeyə baxmışam, “Google”-da isə biz hərdən həftəyə 50 000-dən çox tərcümeyi-hal əldə edirik.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Onlardan bəziləri əla, əksəriyyəti yaxşı, bir çoxu isə dəhşətli vəziyyətdə olur. Ən çətin olanı isə budur ki, 15 il ərzində mən hələ də eyni səhvləri görməkdə davam edirəm. Rezümelərdə səhvlərə yol verən insanların bir çoxları çox yaxşı insanlardır, lakin güclü rəqabətin olduğu əmək bazarında menecerlər şəxsi keyfiyyətlərə görə heç kimə güzəştə gedə bilməzlərv və bircə kiçik səhv belə bəs edir ki, menecer nazmizədi kənarlaşdırsın.

Bir çoxlarımızın belə rezümelərdə ən azından bir səhvə belə yol verdiyimizi nəzərə alaraq beş ən ağır səhvə nəzər yetirək.

Səhv 1: Mexaniki yazı səhvləri

Bu ən çox rast gəlinən səhvlərdəndir. CareerBuilder-in 2013-cü ildə apardığı sorğu onu göstərib ki, rezümelərin 58%-də yazı səhvləri olur.

“Əslində diqqətlə öz tərcümeyi-halını nəzəzrdən keçirən kandidatların belə səhvləri olmaamlıdır, lakin bu ona görə baş verir ki, mətn təkrarən düzəlişlər aparır və nəticədə isim feillə uzlaşmır, nöqtə yerinə düşmür və başqa bu kimi hallar baş verir. Belə səhvlər keçilməzdir, çünki işə götürənlər bunu birmənalı şəkildə qəbul etməyib, namizədin keyfiyyətə nəzarət qabiliyyətinin olmaması kimi başa düşürlər.”

Yazı səhvlərindən qurtulmaq üçün rezümenizi aşağıdan yuxariya doğru oxuyun: normal düzülüş qaydasının dəyişməsi sizə hər bir sətrə ayrı-ayrılıqda fikrinizi cəmləməkdə kömək olacaq. Və yaxud da onu sizin əvəzinizə kimsə oxusun.

Səhv 2: Rezümenin uzunluğu

Çox yaxşı bir  qayda var – hər 10 illik iş təcrübəsinə görə bir səhifə. Bunu sığdırmaq çətindir, elə deyil? Amma nəzərə almaq lazımdır ki,üç, dörd və ya on səhifəlik rezüme də diqqətlə oxunmayacaq. Blaise Pascal belə yazır: “ Bu məktub belə uzun alınıb, çünki mənim onu qısa yazmağa vaxtım olmayıb”.

Dəqiq,cəmləşdirilmiş rezüme sizin ümumiləşdirmək, əsas olanı hədəfə almaq və yalnız ən vacib məlumatları ötürmək qabiliyyətinizdən xəbər vermiş olur.”

Gəlin belə düşünək: rezümenin yeganə məqsədi intervyüya dəvət qazanmaqdır. Bu ona görə deyil ki, siz elə ilk baxışdan menecerdən “hə” cavabı alasınız. Sizin rezüme ilk olaraq intervyüdən keçməyiniz üçün bir alətdir. Siz otağa daxil olan kimi rezüme artıq bir o qədər də əhəmiyyət daşımayacaq. Ona görə də tərcümeyi-halınızı qısaldın.

Səhv 3: Formatlaşdırılma

Əgər siz dizayner və ya rəssam pozisiyalarına namizəd deyilsinizsə, diqqətinizi rezümenizi təmiz və səliqəli yazmağa diqqətinizi cəmləyin. Oxunaqlı şrift, səhifə düzəni, ağ vərəq və qara mürəkkəb. Hər sətirarası məsafə, bərabər sütunlar və hər səhifədə sizin adınız və kontakt məlumatlarınız.

Əgər imkan olarsa sənədə həm Google Docs-da həm də Word-də baxın, daha sonra isə onu elektron poçta yerləşdirin və ön görüntü halında açın. Formatlama, mətn platformaları arasında yerdəyişməyə görə təhrif olunmuş hala gələ bilər. Bütün dəyişiklikləri yadda saxlamanın ən yaxşı yolu  PDF formatıdır.

Səhv 4: Məxfi məlumat

Bir dəfə mən məsləhətçilər şirkətinin ilk üçlüyündə işləyən bir namizəddən rezüme aldım. Bu firmanın çox ciddi məxfilik qaydaları var idi:  müştərilərin adları açıqlanmamalı idi. Və namizəd tərcümeyi-halında yazıb: “ Vaşinqton ştatında, Redmonde-də proqram təminatı işi üzrə iri şirkətdə məsləhətçi olmuşam.”  Burada sizin tələblərinizlə sizi işə götürənin tələbləri arasında sanki bir konflikt yaranır, yəni ona görə siz sirri qorumalısınız amma özünüzə görə eyni zamanda necə  bacarıqlı biri olduğunuzu açıqlamalısınız.

Belə hallarda namizədlər çox vaxt məxfiliklə bağlı razılığı unudurlar və artıq məlumatlar yazırlar. Hərçənd həmin namizəd şirkətin Microsoft olduğunu bildirməmişdi, kim olmuş olsa onun məhz həmin şirkəti nəzərdə tutduğunu bilmiş olardı.

“Audit gedişatında biz aşkara çıxardıq ki, minimum 5-10% rezümelərdə konfidensial məlumatları bildirirlər. Bu, əgər kommersiya sirlərinin elektron poçt vasitəsilə rəqib-şirkətlərə ötürülməsini istəmirəmsə, məni bir işə götürən kimi həmin kandidatları qəbul etməməyə sövq edir.”

Yəni, siz öz adınızın və ya müdirinizin adının altında məxfi məlumatların yer almasını istəmirsinizsə onları rezümenizdə qeyd etməyin.

Səhv 5: Yalan

Bu mənim ürəyimi ağrıdır. Heç vaxt rezününizdə yalana yol verməyin. Buna görə bütün rəhbərlər qovurlar. Hətta “Google”-un baş direktoru da yalana görə qovulub. Kandidatlar öz elmi dərəcələrində və ya orta dərəcəli qiymət hissəsini seçməklə, bundan başqa hansı məktəbə getmələri barədə məsələlərdə yalan danışırlar. Daha sonra şirkətdə neçə il işləməkləri və satışdan əldə etdikləri nəticələr haqqında yalan məlumatlar yazırlar. Onlar hər zaman öz xeyirlərinə görə yalan yazırlar.

Yalanla əlaqəli üç problem özünü göstərir:

  • Sizi asanlıqla ifşa edə bilərlər. İnternet və məlumatları yoxlama mərkəzi keçmişdə sizinlə işləmiş insanlar kimi sizin də fırıldağınızın üstünü aça bilər.
  • Yalan sizi hər yerdə izləyir. Siz rezümedə yalan yazdınız və 15 ildən sonra artım əldə etdiniz. Bu vaxt rəhbərlik sizin yalanınızı tutur və sizi qovur. Və bunu artıq növbəti müsahibənizdə izah etməyə çalışın.
  • Bizim analarımız bizi əla,ciddi tərbiyə ediblər.

Bütün bu səhvlər sizin tərcümeyi-halınızı korlaya bilər. Onları etməyin. İşə götürən menecerlər ən yaxşıları axtarırlar, lakin namizədlərin əksəriyyəti elə özləri özlərini seçilmək imkanından məhrum edirlər.