Google şirkəti HTC-nin mobil biznesini almağa yaxındır

0

Google şirkəti HTC-nin smartfon buraxılışı ilə məşğul olan bölməsini əldə etməyə yaxındır.

Banker.az Business Insider nəşrinə istinadən xəbər verir ki, tərəflər danışıqların son mərhələsindədir. Google şirkətinin adı çəkilən tayvan şirkətinin mobil biznesini əldə etmək üçün hansı məbləği ödəyəcəyi haqqında məlumat verilmir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Nəşrin verdiyi məlumatda qeyd edilir ki, müqavilə baş tutduğu halda Google şirkəti cihaz təminatı bazarında ciddi oyunçuya çevriləcək. Nəzərə alaq ki, şirkət öz Motorola bölməsini üç il əvvəl satıb.

Həmçinin Business Insider qeyd edib ki, müqavilə yalnızca tayvan şirkətinin bölməsinin R&D-komandasına şamil edilə bilər.