“Google” şirkəti “Pinterest” in analoqu olan “Keen” xidmətini istifadəyə verib. Yeni layihə insanlar və süni intellekt arasındakı münasibətləri öyrənən PAIR komandasının iştirakı ilə yaradılıb.
Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.
“Keen” veb-versiya və mobil tətbiq şəklində mövcuddur və istifadəçilərinə ən çox “Pinterest” şəbəkəsini xatırladır. Qeyd edək ki, “Pinterest” dən fərqli olaraq, “Keen” də kontent süni intellekt texnologiyası ilə seçilir.
“Google” hesabınıza daxil olmaqla hansı sahələrin sizin üçün daha çox maraqlı olduğunu göstərin. Məsələn, kulinariya. Bu halda “Keen” sizə oxşar sahələri təklif edəcək – pəhriz və ya həyat tərzi. Daha sonra süni intellekt maraqlarınıza uyğun olaraq şəkil, məqalə, YouTube videoları, sosial şəbəkələrdəki paylaşımlar və digər materiallardan ibarət kontent yaradacaq.
“Pinterest” də olduğu kimi, burada da məlumatları yaddaşda saxlamaq və digər şəbəkələr vasitəsilə paylaşmaq funksiyası var.