24 C
Baku
Thursday, April 18, 2024

Google şirkətinin maliyyə direktoru istefa verdi

The Financial Times-ın verdiyi məlumata görə Google şirkətinin maliyyə direktoru Patrick Pitt vaxtının daha çoxunu ailəsi ilə birgə keçirmək istədiyini bəyan edərək istefa verdiyini elan etdi. 52 yaşlı maliyyə direktorunun öz sosial şəbəkəsində bildirdiyinə görə o, öz həyat yoldaşı Tamar ilə daha çox səyahət etməyi planlaşdırır.

Patrick Pitt-in sözlərinə görə o, 25 il fasiləsiz olaraq işləmişdir ki, bu 25-ilin 7 ilini o Google şirkətində maliyyə direktoru vəzifəsində keçirmişdir.

Patrick Pitt ona əvəz tapılana qədər vəzifəsində qalacaq və yeni maliyyə direktoru axtarışı yarım il davam edə bilər.

Maliyyə direktorunun istefa xəbəri yayıldıqdan sonra Google şirkətinin səhmlərinin dəyəri 1% enmişdir.

Son xəbərlər
Digər xəbərlər