2 C
Baku
Saturday, December 14, 2024

Google şirkəti $40 mln. dəyərində “ağıllı” saat texnologiyasını alacaq

Şirkətlər 2019-cu ilin yanvar ayında razılaşmanı yekunlaşdırmağı planlaşdırırlar.

Amerikanın saatlar və aksessuarlar istehsalçısı olan Fossil Group, Google şirkətinə “ağıllı” saat texnologiyası ilə əlaqəli olan intellektual mülkünü satacaq. Hal-hazırda, bu texnologiya inkişaf mərhələsindədir.

Razılaşma çərçivəsində bu texnologiya ilə məşğul olmuş bir sıra mühəndislər, iş yerlərini dəyişərək Google şirkətinə keçəcəklər.

TechCrunch hesab edir ki, müqavilə Google şirkətinə Apple, Fitbit və Samsung kimi texnologiya nəhəngləri ilə rəqabət aparmasına kömək edəcəkdir.

Google-un yaxın gələcəkdə Pixel Watch istehsalına başlamaq niyyətində olduğu ehtimal olunur.

2018-ci ildə Google “ağıllı” saatlar üçün nəzərdə tutulmuş əməliyyat sisteminin dizaynını dəyişərək, oraya yeni funksiyalar əlavə etmişdir.

Son xəbərlər
Digər xəbərlər