“Google” şirkəti proqramın işində yaranmış problem nəticəsində “Google+” sosial şəbəkəsinin təqribən 500 min istifadəçisinin şəxsi məlumatının aşkara çıxdığını təsdiq edib.
Banker.az-ın Reporta istinadən xəbərinə görə, təhlil göstərir ki, 438 proqram bu şəxsi məlumatlardan istifadə edə bilər.
Söhbət “açıq” kimi qeyd edilməyən istifadəçi məlumatlarından gedir. Bura əlavə istifadəçi profili məlumatları daxildir: ad, elektron poçt ünvanı, peşə, cinsiyyət və yaş.