16 C
Baku
Thursday, March 28, 2024

“Google” şirkəti “Gmail” elektron poçt xidmətinə süni intellekt funksiyaları inteqrasiya edib

“Gmail” elektron poçt xidmətinin yeni versiyasında vizual görünüşdən başqa yeni süni intellekt funksiyaları təqdim edilib.

Məsələn, yeniliklərə gələn məktublara daha sonra baxmaq üçün onları təxirə salmaq imkanını, həmçinin vaxta qənaət üçün hazırlanmış cavablar şəklində köməyi nümunə göstərmək olar.

“ICTnews” Elektron Xəbər Xidməti “yugopolis.ru” saytına istinadən yazır ki, həmçinin təhlükəsizlik istiqamətində bəzi məsələlər həyata keçirilib. Kompüter təlimi alqoritmi hər bir daxil olan məktubu yoxlayacaq və istifadəçilərə mümkün təhlükə haqda xəbərdarlıq edəcək.

Bundan başqa mobil qurğular üçün yüksək prioritetli bildirişlər kimi yeniliklər əlavə edilib. Həmçinin “Gmail” elektron poçt xidməti lazımsız göndərmələrdən imtina etməyi təklif etməyə başlayacaq.

Artıq “Gmail” servisinin yeni funksiyalarından istifadə mümkündür. Bunun üçün “Settings”ə (Sazlamalar) daxil olmaq və “Try the new Gmail” (Yeni “Gmail”-i yoxla) seçmək lazımdır.

Son xəbərlər
Digər xəbərlər