Banker.az xəbər verir ki, Amerikanın texnoloji şirkəti Google öz iki məhsulunu – Pixel 2 və Pixel XL 2 smartfonlarını təqdim edib. Təqdimat mərasimi YouTube-da yayımlanıb.
Şirkətin verdiyi məlumatda qeyd edilir ki, Pixel 2 cihazı 5 düym, Pixel XL 2 smartfonu isə 6 düym diaqonallı ekrana sahibdir. Hər iki cihaz 12,2 megapikselli kamera ilə təchiz edilib. Ön kamera isə yalnızca 8 megapikseldir.
Smartfonların korpusları sukeçirməzdir.
Cihazlar Snapdragon 835 prosessoru bazasında işləyir və 4 GB operativ yaddaşa malikdir. İstifadəçi ya 64, yaxud da 128 GB yaddaşlı cihazı seçə bilər.
Bazar ekspertləri yeni cihazların Apple şirkətinin yeni iPhone smartfonlarına birbaşa rəqib ola biləcəyini iddia edirlər.