Britaniyanın transsərhəd ödənişlər ilə məşğul olan Currencycloud provayder-şirkəti bu yaxınlarda həyata keçirilən investisiya turu çərçivəsində 61 milyon dollar cəlb etdiyi haqqında məlumat verdi.
Banker.az saytının verdiyi xəbərə görə, bu məbləğin 25 milyon dollarını GV (əvvəllər Google Ventures) Google şirkətinin törəməsi olan Alphabet Inc. yatırıb.
İnvestisiya turunun digər iştirakçıları arasında Notion Capital Limited, Sapphire Ventures LLC, Anthemis Group vençur şirkəti və Yaponiyanın Rakuten Inc texnoloji şirkəti də var.
Currencycloud şirkətinin CEO-su bildirib ki, investisiyalar şirkətin qlobal genişlənməsinin maliyyələşdirilməsi üçün istifadə olunacaq.
Gözləntilərə əsasən, Google Currencycloud şirkətinin imkanlarından daha geniş spektrdə xidmət təklif etmək üçün istifadə edəcək.






