13 C
Baku
Saturday, November 23, 2024

Google tədricən işçilərini Rusiyadan köçürür

Amerikanın Google şirkəti öz işçilərini tədricən Rusiyadan kənara köçürür.

Bu barədə şirkətdəki mənbələrə istinadən Bloomberg agentliyi məlumat yayıb.

Məxfi mənbələr agentliyə bildiriblər ki, Google hələ də Rusiyada fəaliyyətini dayandırmasa da, korporasiya bir neçə həftə əvvəl öz işçilərini sakitcə ölkədən köçürməyə başlayıb.

Bloomberg qeyd edir ki, Google sözçüsü vəziyyətlə bağlı şərh verməkdən imtina edib. Bundan əvvəl Google-a məxsus videohostinq xidməti olan YouTube Rusiya dövləti tərəfindən maliyyələşdirilən media hesablarının dərhal bloklandığını elan etmişdi.

Videohostinq həmçinin Rusiyadakı platformasında bütün monetizasiya üsullarını dayandırıb və platformanın daxili tələblərinə uyğun gəlmədiyi təqdirdə Ukraynada keçirilən hərbi əməliyyat mövzusunda məzmunu silməyə başlayıb.

Son xəbərlər
Digər xəbərlər