Texnologiya nəhəngi “Google” Ukraynada Android əməliyyat sistemi ilə işləyən bütün smartfonlara hava hücumu xəbərdarlığı funksiyasını əlavə edib.
Bu funksiya Ukrayna hökuməti ilə birgə hazırlanıb.
Sistem Ukrayna hakimiyyət orqanlarının istifadə etdiyi potensial təhlükə barədə vətəndaşları məlumatlandırmaq üçün artıq mövcud olan üsulları tamamlayıb.
Bildirilir ki, hətta smartfonun səssiz rejimində də təhlükə barədə xəbərdarlıq edir.