15 C
Baku
Şənbə, Oktyabr 16, 2021

“Google”un ofisində “ölü” layihələr üçün qəbiristanlıq yaradılıb

Screen Shot 2021 09 02 at 14.34.20

“Google Reader” RSS aqreqatoru, “Picasa” foto redaktoru, “Google+” sosial şəbəkəsi və həyata keçə bilməyən digər layihələr üçün qəbiristanlıq yaradılıb.

Banker.az xəbər verir ki, “The Verge” nəşrinin verdiyi məlumata görə, qəbiristanlıq şirkətin Sietldəki ofisinin foyesində açılıb. Qəbiristanlığın şəklini “Chrome” brauzerinə nəzarət edən mütəxəssis Dana Frid öz “Twitter”  hesabında paylaşıb.

Qəbiristanlıqda “Picasa” foto redaktorunun, “Google Buzz” sürətli mesajlaşma xidmətinin, “Google Reader” RSS aqreqatorunun, “Orkut” və “Google+” sosial şəbəkələrinin və “Google Wave” çoxfunksiyalı xidmətinin məzarları var.

Qeyd edək ki, bunlar şirkətin həyata keçirə bilmədiyi layihələrin çox az bir hissəsidir. Tam siyahı Killed by Google saytında yerləşdirilib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər