21 C
Baku
Monday, May 20, 2024

Google-un şəkərli diabetlərə töhfəsi nə olacaq?

Google şirkəti şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlar üçün nəzərdə tutulmuş “ağıllı” kontakt linzaların istehsal edilməsi ilə məşğul olacaq. Bu haqda məlumat şirkətin rəsmi bloguna əsasən verilmişdir.

Gümanlara görə, bu linzalar daimi olaraq qanda qlükozanın miqdarını ölçməyə imkan verəcək. Bunun üçün linzalar ondan istifadə edən insanın göz yaşının tərkibini analiz edərək məlumatları kənarda yerləşən qurğuya ötürəcək. Linza ilə qurğu arasında olan əlaqə xüsusi radio kanalı ilə dəstəklənəcək. Gələcəkdə onlara kiçik işıq indikatorları da əlavə ediləcək ki, insan yuxuda belə olsa onu şəkərin miqdarının artması və azalması ilə bağlı təhlükələrdən xəbərdar edəcək.

Bu insanların hazırlanması prosesi Google X gizli laboratoriyasında həyata keçirilir. Google Glass eynəkləri və şirkətin ilk özü idarəedilən avtomobilləri də məhz burada yaradılıb. Şirkətdən verilən məlumatlara görə, layihə hələ buraxılışa hazır deyil, lakin ilk nümunələr ilə artıq tibbi sınaqlar keçirilir. Bununla yanaşı, Google şirkəti bu layihədə ona köməklik edəcək ortaqlar axtarır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər