18 C
Baku
Sunday, September 8, 2024

“Google” uşaqlar üçün ilk ağıllı saatını təqdim edib

Amerikanın “Google” korporasiyası yeddi yaş və yuxarı uşaqlar üçün Fitbit Ace LTE smart saatını təqdim edib. Şirkətdən verilən məlumata görə, bu, uşaqlar üçün nəzərdə tutulan ilk ağıllı saatdır və onların daha aktiv həyat sürməsinə kömək edəcək.

Saatda heç bir reklam və ya üçüncü tərəf proqramları yoxdur – yalnız valideynlər və ya cihaza əlavə edilmiş kontaktlar uşağa zəng edə biləcəklər. Saatı 5 iyun tarixindən etibarən 230 dollara almaq mümkün olacaq.

“Google” deyir ki, cihaz idmanı oyuna çevirəcək və valideynlərə uşaqlarının yerini izləməyə imkan verəcək. Uşaqlar nə qədər çox hərəkət edərsə, bir o qədər çox vaxt sərf edə bilərlər: bütün fiziki fəaliyyət növləri mükafatlandırılır. Saatda həmçinin “Tamagotchi”yə bənzər bir proqram var, burada personajlar fiziki fəaliyyətlə qidalanır.

Son xəbərlər
Digər xəbərlər