2 C
Baku
Saturday, December 14, 2024

“Google” uşaqlarda oxu bacarıqlarını inkişaf etdirmək üçün yeni xidmət təqdim edib

7 may 2020-ci ildə “Google” şirkəti ibtidai sinif şagirdlərinin mütaliə vərdişlərinə yiyələnmələri, habelə oxu bacarıqlarını inkişaf etdirmələri üçün yeni xidmətini təqdim edib.

Banker.az xəbər verir ki, yeni tətbiq Android istifadəçiləri üçün nəzərdə tutulub və keçən il Hindistanda işə başlamış “Google Bolo” proqramına əsaslanır. Qeyd edildiyi kimi, tətbiqin yeni versiyası bütün dünya ölkələri üçün əlçatan olmaqla yanaşı, doqquz dil dəstəkləyəcək. 

“Bolo” kimi “Read Along” tətbiqi də nitq tanıma və onu mətnə çevirmə texnologiyasından istifadə edir. 

Tətbiqdə Diya adlı oxu köməkçisi var. Diya uşağın bu və ya digər mətni oxumaqda çətinlik çəkdiyi zaman ona kömək edir. İstənilən vaxt oxucu Diyaya sual verə, onun müəyyən sözü və ya cümləni oxumağa kömək etməyini istəyə bilər. 

Uşaqların oxu bacarıqları inkişaf etdikcə tətbiq onlara mini-oyunlar təklif edir. 

“Google” qeyd edir ki, bu tətbiq məxfiliyi nəzərə alır və Wi-Fi olmadığı halda belə işləyir. Səs məlumatları cihazda real vaxt rejimində təhlil edilir. 

Tətbiqdə reklam yoxdur, valideyinlər proqrama əlavə hekayələr yükləmək istəsələr İnternet bağlantısından istifadə edə bilərlər – bu tamamilə ödənişsizdir. 

“Read Along” oxuyuculara 500-ə yaxın hekayə təklif edir, bu kataloq daim yeni kitablarla yenilənir. Tətbiq dünyanın bütün ölkələri üçün əlçatandır və 9 dil dəstəkləyir – ingilis, ispan, portuqal, hind, marathi, Benqal, tamil, teluqu və urdu. 

Qeyd edək ki, tətbiq 5 yaşdan yuxarı olan uşaqlar üçün nəzərdə tutulub, “Google Play” dan yüklənir. 

Son xəbərlər
Digər xəbərlər