23 C
Baku
Friday, April 19, 2024

“Google” və “YouTube” məxfilik qanununun pozulmasına görə $170 mln. cərimə ödəyəcəklər

ABŞ-ın Federal Ticarət Komissiyasının verdiyi məlumata görə, “Google” və “YouTube” valideynlərin buna icazəsi olmadan uşaqları haqqında məlumatları toplanması səbəbiylə 170 milyon dollarlıq cərimə ödəməli olacaqlar.

Banker.az xəbər verir ki, qeyd edilən məbləğdən 136 milyon dollar komissiyalara, daha 34 milyon dollar isə Nyu-Yorka ödəniləcək. Xatırladaq ki, “Məxfilik haqqında qanun” 1998-ci ildə qüvvəyə minib və o dövrdən bəri, bu, FTK-nın qanun pozuntusuna görə aldığı ən böyük məbləğdir.

Cərimədən əlavə, “Google” və “YouTube”-dan uşaqlar üçün nəzərdə tutulmuş məzmuna nişan qoymağa imkan verəcək bir sistem tətbiq etmək tələb olunur.

Xatırladaq ki, daha əvvəl “Google” “Uşaqların məxfiliyi” haqqında qanunu pozduğuna görə 200 milyon dollar cərimə ödəyib.

 

Son xəbərlər
Digər xəbərlər