11 C
Baku
Wednesday, November 13, 2024

Google və Facebook istifadəçilərin zərərli vərdişləri barəsində məlumatları əldə edirlər

JAMA Network Open jurnalının tədqiqatı onu göstərib ki, depressiya və digər zərərli vərdişləır ilə mübarizə üçün nəzərdə tutulmuş tətbiqlər istifadəçilərin konfidensial məlumatlarını kənar şirkətlərə ötürürlər

Bu barədə Gagadget saytı xəbər verib. Məlum olub ki, siqaret çəkmək və depressiya ilə mübarizə üçün nəzərdə tutulmuş 36 pulsuz tətbiqdən 33-ü istifadəçilərin konfidensial məlumatları Facebook və Google şirkətlərinə ötürürlər.

 36 tətbiqdən 29-u bu məlumatları reklam, marketinq və ya analitika məqsədi ilə ötürüb. İstifadəçilər bu cür tətbiqlərdə özlərinin psixi sağlamlıqları və ya narkotik vasitələr ilə problemlərini qeyd edə bilərlər. Bundan əlavə olaraq şirkətlər müxtəlif zərərli vərdişlərdən qurtulmaq istəyən istifadəçilərin adlarını da əldə ediblər. Bu bir daha onu sübut edir ki, insan öz səhhəti ilə bağlı özəl məlumatı müxtəlif tətbiqlərə deyil, yalnız professional həkimə həvalə etməlidir.

Son xəbərlər
Digər xəbərlər