9 C
Baku
Friday, December 13, 2024

“Google” və “Intel” Silikon Vadisindəki ofislərini satır

“Google” və “Intel”in dünyanın texnologiya mərkəzi olan Silikon Vadisindəki ofislərini satışa çıxardığı öyrənilib.

Şirkətlər ixtisardan sonra mövcud işçilərinə daha yaxşı imkanlar təklif etmək üçün bu addımı atdıqlarını bildirirlər.

Keçən ilin ortalarından bu günə qədər bütün böyük texnologiya şirkətləri gündəmdə olmuş və çoxlu sayda işdən çıxarmalara imza atmışlar. Bu şirkətlərin başında Silikon Vadisi nəhəngi “Google” dayanır.

“Google” və “Intel” işdən çıxarmalarla əldə etdikləri rifahı daha yüksək səviyyəyə daşımaq istəyirlər və Silikon Vadisindəki ofislərini bu istiqamətdə satışa çıxardıqlarını bildiriblər.

Məşhur texnologiya şirkəti və çip istehsalçısı “Intel” Silikon Vadisində təxminən 470.000 kvadratmetr ofisə malikdir. Satışın qiyməti hazırda ictimaiyyətə açıqlanmasa da, xarici mənbələrin məlumatına görə, onun dəyəri 193 milyon dollardır.

Son xəbərlər
Digər xəbərlər