1 C
Baku
Saturday, December 14, 2024

“Google” və “Verizon” “Yahoo”nun veb-biznesini almaq istəyir

ABŞ-ın tanınmış “Verizon” telekommunikasiya şirkəti “Yahoo” korporasiyasının veb-biznesini almaq üçün özünün unikal təklifini yaradıb.

Şirkət həmçinin “Yahoo Japan” bölməsinin də hissələrini almağı planlaşdırır.

“Verizon” bu məsələyə olduqca qəti və ciddi yanaşır. “Google” korporasiyası isə bu şirkətin alınması ilə bağlı hələlik təklif üzərində düşünmə mərhələsindədir.

Daha əvvəllər “Yahoo”nu tenderdə almağı planlaşdıran digər şirkətlər burada iştirakdan və alışın həyata keçirilməsi üçün öz təkliflərini irəli sürməkdən imtina ediblər. Onların arasında 2008-ci ildə neqativ birləşmədə fiaskoya uğrayan “Microsoft” və “AT&T Inc” şirkətlərinin adları olub.

Lent.az

Son xəbərlər
Digər xəbərlər