11 C
Baku
Thursday, October 30, 2025

“Google” videolara oflayn rejimdə baxmaq üçün əlavə yaratdı

YouTube” videohostinqində sayt istifadəçilərinin qiymətləndirəcəyi yeni funksiya yaradılıb.

Svopi.ru saytının məlumatına görə, “Google” şirkəti “YouTube Go” əlavəsini təqdim edib. Bu əlavənin vasitəsilə bəyənilən videoçarxları cihazlara yükləmək və oradan “Bluetooth” ilə göndərmək mümkün olacaq.

Hələlik “Google”un yeni resursu daha çox Hindistana və internetdən istifadə olduqca bahalı və istifadəsi məhdud olan ölkələrə yönəlib.

Yeni layihənin müəlliflərinin sözlərinə görə, bu əlavə sıfırdan yaradılıb. Onun əsas məqsədi inkişafda olan ölkələrə son hadisələri izləmək üçün kömək etmək və son trendlərdən geri qalmamaq məqsədi güdür. “YouTube Go”nun digər əsas xüsusiyyəti budur ki, hər bir istifadəçi öz şəxsi trafikinə nəzarət edə biləcək və hər bir video çarxın öz həcmi mövcuddur.

Hazırda tərtibatçıların “YouTube Go”nu necə ödənişli edəcəyi məlum deyil. Təklif edilir ki, videolar mobil telefona reklamlarla birgə yüklənsin.

Lent.az

Son xəbərlər
Digər xəbərlər