12 C
Baku
Wednesday, December 11, 2024

Google Wallet adi pul kisəsini əvəz edəcəkmi?

Google yeni Google Wallet “mobil pul kisəsi”ni buraxmağa hazırlaşır.

SmartMoney-in yaydığı xəbərə görə, ən geci payız üçün amerikalılar nağd və kredit kartlarını, habelə sürücülük vəsiqələrini mobil telefona dəyişə biləcəklər. Bununla belə, Google-un yeni məhsulu adi istehlakçıların “Nə olsun ki?” sualını cavabsız qoymuşdur.

Maliyyə və texnoloji şirkətlər, o cümlədən mobil rabitə operatorları üçün bu, çox mühüm yenilikdir. Axtarış nəhəngi Google öz smartfonu olan Nexus S üçün proqram təminat hazırlamışdır ki, o smartfon sahiblərinə kredit ve debet kartlarının məlumatlarını mobil telefona quraşdırılan çipə ötürməklə ticarət məntəqələrində müxtəlif ödənişləri həyata keçirə biləcəklər.

Bu, dünyanın ən iri şirkətlərindən birinin kontaktsız mobil ödəmə bazarına daxil olmaq üçün ilk dəqiq koordinasiya edilmiş cəhdi idi. Ekspertlər  bu bazarda kredit kartları bazarının fərqləndiyi mənfəəti görürlər.  Tower Group konsaltinq şirkətinin tədqiqatlar üzrə direktoru Dennis Moroninin sözlərinə görə, “Banklar bu cür texnologiyaları diqqət yetirməyə bilməz”. Lakin yeni məhsul haqqında bəyanat da həmçinin, nümayiş etdirdi ki, insanlar həmişəki kimi, dolu pul kisələrini üslublu smartfonlara dəyişməyə nə dərəcədə hazırdırlar. Googledan olan yeni texnologiyaların bütün üstünlüklərindən bəhrələnmək üçün, istehlakçı xüsusi NFC çipi (bu çiplər yalnız Nexus S modelinə quraşdırılır, bu isə smartfon bazarında o qədər də populyar deyil) quraşdırılmış Android mobil telefonuna malik olmalı; Citibank MasterCard debet və ya kredit kartı və ya Googledan haqqı ödənilmiş kart almalı; nəhayət, “mobil pul kisəsi”nin sahibi alqı prosesini yalnız MasterCard kontaktsız ödənişlər texnologiyası tətbiq olunan ticarət məntəqələrində həyata keçirə bilər ki, bunların sayı ABŞ-da 300 mindir.  ABI Research şirkətinin analitiki Mark Bekkyu bu barədə “O qədər də çox deyil”, – deyir.

Yəqin ki, başqa şirkətlər bu bazara çıxınca, istehlakçıların seçim imkanları artacaq, şirkətlərin mənfəətləri isə çoxalacaq. Motion, Samsung və Nokia kimi məşhur mobil telefon istehsalçıları arasında keçirilmiş sorğular göstərmişdir ki, onlar da özlərində mobil ödəniş texnologiyalarını tətbiq etmək niyyətindədir. Bundan başqa, şayiələr də gəzir ki, ilin sonuna qədər artıq istehsal olunacaq iPhone-5 də bu funksiya ilə təchiz olunacaq. Proqram təminatı barədə MasterCard və Visada bəyan edilib ki, bu il banklar həmin ödəniş sistemlərini mobil ödəmələrə kömək üçün tətbiq edəcəklər.

Müasir texnologiyalar üzrə analitik Bob İqanın sözlərinə görə,  amerikalıların çoxu hələ 3 il ərzində mobil ödəmələrin köməyilə ərzaq məhsullarının haqqını və ya diş həkiminin haqqını ödəmək imkanından məhrumdur. Hətta mobil ödəmələr yenilik olmayanda da, istehlakçıları yeni məhsula yönəltmək əvvəlki kimi asan olmayacaq. “Kredit kartlarının üstünlüyü tez bir zamanda pul borc etmək mümkünlüyündədir, debet kartlarından istifadə isə çeklər yazılarkən meydana çıxmış riskləri aşağı salır, mobil ödəmələrin üstünlükləri isə o qədər də aydın deyil”, – deyə Bekkyu izah edir.

Əgər telefon sahibi başqa pul limiti təyin etməzsə, Google proqramı 100 dollara qədər məbləğdə birdəfəlik alqıları məhdudlaşdırır. “Mobil pul kisəsi ” bonus proqramlarda iştirak və kuponlar haqqında məlumat almaq imkanını nəzərdə tutur, lakin məlumatların təsdiq edilməsi üçün təsdiq kodu daxil etmək lazım olacaq, müştəridə kredit kartları çoxdursa,  onlardan  birini seçmək lazım gəlir. Ekspert isə heyrətə gəlir: “Pul kisəsindən sadəcə lazımi kartı çıxarmaq daha asan deyilmi?”.

Yeniliyin köməyi ilə yüklərin yüngülləşdirmək istəyinlərin isə bəxti gətirməyib.  Google israr edir ki, alıcıya lazım olacaq hər şey “mobil pul kisəsinə” yerləşəcək, lakin yaxın perspektivdə insanlara onsuzda şəxsiyyət vəsiqəsi, işçi vəsiqəsi, tibbi sığorta kartları, ictimai nəqliyyatdan istifadə üçün biletlər, başqa plastik kartlar gəzdirmək lazım gələcək ki, bütün bunlardan da pul kisəsi “kökəlir”.

Təhlükəsizlik məsələsi haqqında sual meydana çıxır. Telefona daxil edilmiş kredit kartları haqqında məlumat şəxsi məlumat oğruları üçün gözəl hədəfdir, – deyə İqan xatırladır. Google təsdiq edir ki, şəxsi maliyyə məlumatları məhz əlavələrdən istifadə zamanı açıq olur, bütün məlumat isə şifrdədir. Lakin artıq məlumatların harasa axması halları da baş vermişdir: bu yaz Google Android üçün bir neçə əlavəsini geri çağırmışdır, belə ki, onların tərkibində başqa mobil telefonların yaddaş bölmələrindən məlumatları oxuyan zərərli proqramlar olmuşdur.

Banklar da həmçinin, mobil operatorlara və mobil rabitə istehsalçılarına təhlükəsizlik tədbirlərini gücləndirmək üçün təzyiq edirlər. Məsələn, şirkətin nümayəndəsi Ceyms Anderson sonda deyir ki, MasterCard öz müştərilərinə əlavə qoruyucu, xüsusilə alqını təsdiqləmək üçün əlavə kodun daxil edilməsini və ya oğurluq baş verərsə, telefondan məlumatların silinməsi kimi funksiyalar təklif edir.

Son xəbərlər
Digər xəbərlər