“Google” şirkəti xəbər mediası üçün News Showcase xidmətini işə salacaq. Banker.az xəbər verir ki, verilən məlumata görə, korporasiya növbəti üç ildə xidmətin yaradıcılarına 1 milyard dollar ödəyəcək.
News Showcase xidməti Google News daxilində işləyəcək – birinci Android-də, sonra isə iOS-da. Gələcəkdə həmçinin Google Discover and Search üçün yeniləmə çıxacaq.
Qeyd edək ki, News Showcase süjet bloklardan ibarətdir və nəşrçilərə “timeline” funksiyası vasitəsi ilə mövzunu daha geniş açmağa imkan verir. Bundan əlavə, gələcəkdə şirkət News Showcase-a video, audio və digər funksiyalar əlavə etməyi planlaşdırır. 30 sentyabr tarixindən xidmət Braziliya və Almaniyada, yaxın aylarda isə digər ölkələrdə işə düşəcək.
“Google” demək olar ki, 200 nəşriyyatla əməkdaşlıq etməyi danışıb (Almaniya, Braziliya, Argentina, Kanada, Böyük Britaniya və Avstraliya ölkələrinin).