“Google” xidmətlərinin işində nasazlıq yaranıb

“Google” istifadəçiləri xidmətlərin işində bəzi nasazlıqların olduğunu qeyd ediblər.

Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, qısamüddətli fasilələr ABŞ (600-dən çox), Meksika, Kanada (80-dən çox) və Danimarka kimi ölkələrdə qeydə alınıb.

İstifadəçilərin rastlaşdığı problemlər arasında axtarış sistemin sıradan çıxması (57%) və “Google” hesabına girişin mümkün olmaması (42%) liderlik edib.

Xatırladaq ki, daha əvvəl “Messenger” tətbiqi sıradan çıxıb. İstifadəçilərin 51%-i mesaj göndərə və ya ala bilmədiyini vurğulayıb, daha 31% serverə qoşulmaqda çətinlik çəkib. Ən çox şikayət Polşa, Macarıstan, Belçika, Böyük Britaniya və Filippindən gəlib.

Bundan əlavə, “Facebook” və “Instagram”ın işində nasazlıqlar olub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.